Albaniyada hökumətə qarşı kütləvi etirazlar başlayıb | VİDEO
Etirazlar ölkədə korrupsiya və siyasi böhranın artdığı bir dövrə təsadüf edir. Baş nazir Edi Rama uzun illərdir iqtidarda olsa da, son illərdə onun hökuməti ilə bağlı korrupsiya iddiaları və iqtisadiyyatdakı problemlər narazılığı artırıb.
Analitiklər hesab edirlər ki, bu hadisələr Albaniyanın Avropa İttifaqına inteqrasiya prosesinə də mənfi təsir göstərə bilər. Əvvəllər korrupsiya və demokratik idarəçilik məsələləri Brüssel tərəfindən dəfələrlə tənqid olunub.
Etirazların miqyası və gücü hələ də dəqiq qiymətləndirilmir, lakin müxalifət liderləri daha çox kütləvi aksiyalar planlaşdırdıqlarını bəyan ediblər. Polis və təhlükəsizlik qüvvələri paytaxta nəzarəti gücləndirib.
Röya Əliyeva
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


